Warning: include_once(azculture.uz/../2020/xeber21-title.html): failed to open stream: No such file or directory in /home/host1404167/azculture.uz/htdocs/www/xeber.php on line 21

Warning: include_once(): Failed opening 'azculture.uz/../2020/xeber21-title.html' for inclusion (include_path='.:/usr/local/php/php-5.4/lib/php') in /home/host1404167/azculture.uz/htdocs/www/xeber.php on line 21
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
  • bg20
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan müsəlmanları İdarəsi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov, Daşkənddəki Katolik kilsəsinin rəhbəri Eji Masuleviç xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

İştirakçılar foyedə Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov tərəfindən şəhidlərin ruhuna dua oxunduqdan sonra Hüseyn Quliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib, 28 il əvvəl erməni silahlılarının bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini bildirib. Əməliyyat zamanı Xocalı sakinləri- qocalar, qadınlar, uşaqlar güllələnib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırıb. O deyib ki, 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı isə Xocalı Soyqırımı Günü elan olunub.

Diplomat vurğulayıb ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.

İbrahim İnamov öz çıxışında deyib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

Qazaxıstanda yaşayan Azərbaycan diaspora nümayəndəsi Mehdi Məmmədov məclisin keçirilməsinə böyük dəstək göstərib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov ermənilərin qocalara, qadınlara, uşaqlara dəhşətli işgəncələr və zülm verməsinə, təhqir etməsinə heç cür haqq qazandıra bilmədiyini dilə gətiriblər. Sonra şəhidlərin ruhuna ehsan verilib.

23.02.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası