Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanın Dövlət telekanalında “Özbəkistan ümumi evimizdir” adlı verilişdə Azərbaycan mədəniyyətinə dair geniş veriliş nümayiş etdirilib.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Dövlət telekanalında “Özbəkistan ümumi evimizdir” adlı verilişdə Azərbaycan mədəniyyətinə dair geniş veriliş nümayiş etdirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın “O`zbekiston” telekanalı bu ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələrinə dair geniş veriliş hazırlayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünya xalqlarının tarixi və mədəniyyəti seriyasında hazırlanan verilişdə Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.

Verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair sualları cavablandırılıb.

O, Özbəkistan prezidentinin Azərbaycana səfəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü, Özbəkistanın Türk Şurasına üzv olmasını əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.

Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Sırdırya, Fərqanə, Xarəzm və Səmərqənd vilayətlərində təşkil edilən “Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musuqisi günləri” tədbirlərində ölkəmizin geniş təbliği məsələləri barədə fikirlərini bölüşüb. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və ötən 7 ildə bu mövzuda 63 adda kitabın Daşkənddə nəşr edildiyini bildirib.

Verilişdə aparıcı Sadriddin Mamayusupov Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası, onun Özbəkistanda Azərbaycana dair informasiya olan tələbatının ödənilməsində rolu barədə məlumat verilib, kitabxanada yaradılan “Qızıl fond” və başqa guşələr haqqında danışıb.

Məlumat verilib ki, kitabxana-informasiya mərkəzində dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər, jurnallar oxucuların istifadəsinə verilir.

Ekran əsərində Azərbaycan tarixinə geniş yer verilib, Azərbaycan tarixində, müstəqilliyimizin, Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında, onun xatirəsinə Mərkəzdə yaradılmış Muzey haqqında məlumat yer alıb.

“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi” haqqında məlumat verilən verilişdə dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, qədim insan yaşayış məskəni - Qobustan, Bakı şəhərində yerləşən İçərişəhər, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketlərini nümayiş etdirib, onlar haqqında Mədəniyyət Mərkəzinin mütəxəssisinin məlumatı öz əksini tapıb. Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər mövcud olan dövlətlərin xəritələri və onlara aid guşələr nümayiş etdirilib.

Mərkəzin “Odlar yurdunun naxışları” adlı xalça muzeyi isə verilişdə xüsusi işıqlandırılıb, Azərbaycanın müxtəlif regionlarındakı xalçaçılıq məktəbləri - Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan, Bakı və s. haqqında geniş məlumat verilir və onların Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini, habelə istedadını nümayiş etdiridiyi bildirilir.

Televiziya layihəsində Azərbaycan incəsənətinin şah əsəri olan rəqslərimizə müraciət olunub, xalq rəqslərimizin tariximizlə, mədəniyyətimizlə ayrılmaz surətdə bağlılığı, onun milli xüsusiyyətini, xalqımızın həyat və məişətini özündə əks etdirdiyi vurğulanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Ansamblın bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Kökəb Əliyevanın milli rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.

Qeyd edək ki, veriliş Özbəkistanda böyük maraq yaradıb və o, ölkənin aparıcı “O`zbekiston” telekanalında bir neçə dəfə nümayiş etdirilib.

17.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası