Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Daşkənddə 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, diasporunun üzvləri, jurnalistlər iştirak edib. Foyedə iştirakçılar Mərkəzin rəsm dərnəyinin çəkdiyi “20 yanvar - uşaqların gözləri ilə” adlanan rəsmlərlə tanış olmuş, habelə Qara Yanvara həsr olunmuş nəşrlər nümayiş edilmişdir.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədini daşıyırdı. Lakin onlar buna nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, şəhidlərin xatirəsi isə daim xalqımızın qəlbində yaşayacaq.

Səfir qeyd edib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə kəskin etirazını bildirib. Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün mühüm tədbirlər görüb.

Hüseyn Quliyev vurğulayıb ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeridilməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb. Sonra Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestrinin ifasında rekviyem-konsert olub.

18.01.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası