Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan və Özbəkistan arasında “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcək.


Bu ilin iyul ayının 11-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistan məktəbliləri arasında “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcəkdir.

Onlayn festivalın əsas məqsədi - gələcəyimiz olan istedadların üzə çıxarılması, onların bacarıqların nümayiş etdirilməsi, onları gələcəkdə daha da böyük uğurlara həvəsləndirmək və stimullaşdırmaqdır.

Festivalın aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:

1. Ana dilində daha çox və daha keyfiyyətli mütaliə bacarığını nümayiş etmək: mütailə edilən kitabın (video formatda) treylerini hazırlamaq və təqdim etmək festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir);

2. Ana dilində xüsusi intonasiya ilə şeir söyləmək;

3. Kiçik səhnələşdirilmiş tamaşanın, səhnəciyin (ailəvi, bacı qardaş) icra olunması (festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir);

4. Azərbaycan və Özbək mahnısını, milli rəqsini, milli musiqi alətini ifa etmək; 5. Hər hansı bir sahədə qeyri-adi bacarıq və istedadın nümayişi (qısa müddətdə hesablama, fitri yaddaş, qısa müddətdə hər hansı bir maketin hazırlanması və s.);

6. İdman və akrobatik qabiliyyətin nümayiş etdirilməsi;

Onlayn-festivalda iştirak etmək istəyən hər iki ölkənin məktəbliləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna culcenter.az@gmail.com öz ad və familiyasını, təmsil etdiyi məktəbin və sinif, habelə festivalda hansı istiqamət üzrə iştirak etmək barədə məlumatı göndərə bilər. Azərbaycan Mədəniyyət Mərkəzindən iştiraka dair təsdiq verildikdən sonra məktəbli Festivalda iştirak etnək hüququ əldə edəcəkdir.

Qeyd edək ki, "İstedadlı uşaqların sorağında" adlı Beynəlxalq Onlayn Festivalda fərqlənən məktəbli üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


30.06.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası