Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film hazırlanır.


Cari ilin 27 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi tamam olur.

Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə hazırlanan “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film Daşkənddəki “First Art Media” şirkəti tərəfindən çəkilişləri həyata keçirilir.

Özbəkistan Dövlət Film Fondunun rəhbəri Tahir Kuçkarbekov mətbuata bildirmişdir ki, Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdə mühüm işlər həyata keçirilmiş, çoxsaylı layihələr reallaşdırılmışdır. O qeyd edib ki, hər iki dövlət rəhbərləri arasında yüksək səviyyəli münasibətləri davam etdirən Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında humanitar, mədəniyyət sahəsində əlaqələri möhkəm təməllər üzərində qurub. T. Kuçkarbekov Mərkəzin ötən müddət ərzində bu istiqamətdə aparılan işləri qeyd edərək, Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı, respublikanın vilayətlərində, böyük şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, muğamları günlərinin təşkil edildiyini, çoxsaylı konfransların, dostluq konsertlərinin təşkil edildiyini, Azərbaycan mövzusunun Özbək mətbuatında aparıcı mövzu olduğunu, Özbək dilində isə Azərbaycan ədəbiyyatına dair xeyli nəşrlərin işıq üzü gördüyünü vurğulayıb. O, bütün bu işlərin dostluğun, əməkdaşlığın daha da möhkəmləndirdiyi qeyd edib.

Sənədli film iki ölkə arasında tarixi dostluq, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş musiqi klipi ilə başlayacaqdır. Musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.

Artıq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində filmin ilk çəkilişləri aparılıb. Ekran əsərində iki xalq, iki dövlət arasında dostluq, əlaqələrin keçdiyi inkişaf yoluna nəzər salınacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin bu əlaqələrə verdiyi töhfələr işıqlandırılacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, Mərkəz iki qardaş ölkə arasında mədəniyyət, humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə müxtəlif maraqlı və faydalı tədbirlər, mübadilə proqramları, təşkilatlar arasında ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir.

O, Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin təbliğinin olduqca maraqlı və şərəfli iş olduğunu qeyd edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Özbəkistandakı Səfirliyin dəstəyi ilə gələcəkdə də çoxsaylı layihələrin, planların olduğunu bildirib. S. Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda yaşayan soydaşlarımız, yerli azərbaycanlılar üçün də müqəddəs bir ocaq olduğunu qeyd edib. O, Mərkəzin binasının açılışında çıxış edən Prezident İlham Əliyevdən sitat gətirib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluq muzeyi də fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmiş münasibətlərimizin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışdır.”

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdində yaradılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 27 sentyabr tarixində Özbəkistana səfəri zamanı açılışı edilmişdir.

16.09.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası