Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan və Özbəkistan arasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və Qala Konsert keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və hər iki ölkənin konservatoriyalarının dəstəyi ilə Azərbaycan və Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq onlayn müsabiqəsi keçirilmişdir.

Cari ilin 10-16 sentyabr tarixlərində təşkil olunmuş müsabiqəyə 18 sentyabr tarixində yekun vurulub, qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik etmiş, tədbirin əlamətdar bir hadisə ilə - milli musiqi günü ilə üst-üstə düşdüyünü qeyd edib. O, Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışaraq, keçirilən bu cür müsabiqələrin iki ölkə arasında mədəni əlaqələri genişləndirməklə yanaşı, yeni-yeni istedadların ortaya çıxarılması, milli musiqimizi, musiqi alətlərinin təbliği üçün mühüm imkan yaratdığını vurğulayıb.

O, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə müsabiqəyə yekun vurulduğunu, Üzeyir Hacıbəyovun Azərbaycan müasir musiqi sənətinin banisi olduğunu qeyd edib. Diplomat dahi bəstəkar Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin, Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyanlar barədə məlumat verib. S. Abbasov dövlət səviyyəsində milli musiqimizin, musiqi alətlərimizin təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr barədə danışıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxışında müsabiqənin qaliblərini təbrik edərək, Azərbaycan Mədəniyyət Mərkəzinə bu cür maraqlı və aktual mövzuya həsr olunmuş müsabiqənin keçirilməsinə görə öz minnətdarlığını bildirib. S. Kərimi qeyd edib ki, 18 sentyabr günü Azərbaycan xalqının mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır. O, bu tarixdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Müslüm Maqomayevin anadan olduqlarını qeyd edərək, bu tarixin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə milli musiqi günü kimi qeyd edildiyini bildirib.

Özbəkistan Dövlət Konservatoriyasının professoru, "SOQDİANA" xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri, dirijoru Firuzə Əbdürrəhimova Azərbaycanla mədəni əlaqələrin inkişafı barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmiş, Mərkəzin dəstəyi ilə Özbəkistanda musiqi sahəsi üzrə ali məktəblərdə Azərbaycan bəstəkarlarının əsərləri tədris olunmağa başlamış, orkestrlər isə bu əsərləri sevə-sevə ifa etdiklərini bildirib. O, bu cür tədbirlərin əhəmiyyətini qeyd edərək, tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyası ilə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu, gələcəkdə Bakıya səfər edəcəyini qeyd edib.

Daha sonra Azərbaycan və Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının onlayn-müsabiqəsinin qalibləri elan edilib.

Tar- kaşkar rübabı nominasiyası üzrə I yerə Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Dilşod Fozilov, II yerə Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi Hüseyn Quliyev, III yerə Azərbaycan Milli Konservatoriyasının məzunu Nurlan Cəbizadə və Özbəkistanın Respublika ixtisaslaşdırılmış musiqi-incəsənət məktəbinin 11-ci sinif şagirdi İcod Nazarov layiq görülmüşlər.

Kamança-gicak nominasiyası üzrə I yer Azərbaycan Milli Konservatoriyasının gənc müəllimi Mədinə Şahgəldiyevaya, II yerə Özbəkistanın "Soqdiana" xalq çalğı alətləri kamera orkestrinin solisti Sancar Qodirova, III yer üzrə makafat Azərbaycan Milli Konservatoriyasının gənc müəllimi Könül Vəliyevaya təqdim olunub.

Ud-qanun nominasiyası üzrə I yer Azərbaycan Milli Konservatoriyasının yetirməsi Bayram Üzeyirov, II yer Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi Behnam Məhəmmədəlizadə, III yer üzrə mükafat Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Oqabək Akramov layiq görülüblər. Qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları ilə təltif ediliblər.

Sonda müsabiqədə yüksək nəticə göstərmiş qaliblərin iştirakı ilə hər iki ölkənin milli musiqilərindən ibarət onlayn konsert proqramı təqdim edilmişdir. Konsert proqramında qalib musiqiçilər Azərbaycan və Özbək milli musiqilərini ifa ediblər.

21.09.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası