XƏBƏRLƏR 2020
Azərbaycan Mədəniyyət Mərkəzi özbək xalqını Özbək Dili Günü münasibətilə təbrik edir.
Ana dili – hər bir millətin mövcudluğunun, dövlət müstəqilliyinin və mədəni irsinin rəmzidir. Həmin millətin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən söz və anlayışlar bu dildə yaranmışdır.
Ana dili millətin ruhu və qürurudur. Hər bir millətin dünyada zənginliyini əks etdirən onun dili və ədəbiyyatıdır. Bu dil bizə öz tariximizi, mədəniyyətimizi bilməyə və onu gələcək nəsillərə ötürməyə imkan verir. Bəşəriyyət tarixində ana dili hər zaman böyük etibar və hörmətlə istifadə olunmuşdur.
Əziz özbək qardaşlar, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi adından Sizi özbək dilinə dövlət dili statusu verilməsi təbrik edir, müstəqilliyinizin əbədi olmasını və ana dilinizin Özbəkistanda daha da yüksəlməsini arzu edirəm.
21.10.2020