Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanlı alimin mühazirəsi dinlənilib


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə yaradılan Məhəmməd Fizuli adına Azərbaycan mədəniyyəti, Təhsil və Tədqiqat mərkəzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, füzulişünas alim Lalə Əlizadə Azərbaycan ədəbiyyatına dair mühazirə oxuyub.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Əvvəl Məhəmməd Fizuli adına mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə yaradılan mərkəzin fəaliyyətindən danışıb. O, mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə müxtəlif görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını vurğulayıb.

Lalə Əlizadə bildirib ki, biz əlamətdar bir ildə görüşürük. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 880 illiyi ilə bağlı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Özbəkistanda isə bu il böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi qeyd olunur. Şərqin hər iki dahi şairi ilə bağlı türk dünyasında və bir sıra digər dövlətlərdə tədbirlər keçirilir, onların əsərləri təkrar-təkrar dərc olunur. Tanınmış özbək şairi Əlişir Nəvai böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək türk dilində “Xəmsə” yaradıb.

Natiq ta qədim zamanlardan Azərbaycan şair və yazıçılarının dostluğundan danışıb, bu dostluğun bir örnək olduğunu diqqətə çatdırıb.

L.Əlizadə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən də söz açıb. O bildirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız 44 gün ərzində azad olundu. Torpaqlarımız işğal altında olarkən barbar ermənilər şəhər və kəndlərimizi, məscid və ziyarətgahlarımızı dağıdıb, bu torpaqlarda əsl vandallıq siyasəti həyata keçiriblər. Ermənilər bu vandalizm və vəhşiliyi də öz tarixlərinə yazdılar.

Dosentlər Jasur Ziyamuxammedov, Kəramət Mullaxujayeva və başqaları Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi, Özbəkistanda Azərbaycanın, Azərbaycanda isə Özbəkistanın daha geniş tanıdılması, habelə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və tarixinin qarşılıqlı öyrənilməsi məsələlərindən danışıblar.

Sonda tələbələr Azərbaycan və Özbəkistan klassik şairlərinin şeirlərini söyləyiblər.

21.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası