Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Vikipediyada Özbək dilində Füzuli rayonu haqqında bölmə istifadəyə verildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında uzun müddət Ermənistan işğalı altında qalan və Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində azad olunan Füzuli rayonu haqqında Özbək dilində bölmə istifadəyə verib.

Bölmədə Azərbaycan Respublikasının 2 şəhər, 16 qəsəbə, 82 kənd, 144.000 nəfər əhalisi olan Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.

İlk öncələr Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə, daha sonralar - 1959 - cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılmışdır.

Rayon ərazisində çoxsaylı tarixi abidələrin olduğu və sözügedən abidələrin Əcəmi Memarlıq Məktəbinin təsiri ilə tikildiyi qeyd olunur.

Füzuli rayonunda XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazilli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun əsas abidələri hesab olunur.

Bölmədə 1988-ci ildə başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulilinin vuruşduğunu, yüzlərlə insanın şəhid olduğu qeyd olunur, 51 kənd və rayon mərkəzinin işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu qeyd olunur. 17 oktyabr 2020-ci ildə Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində rayonun tamamilə erməni işğalından azad edildiyi qeyd olunur.

Yaradılan bölmədə Prezident İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: “Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidə abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq” deyə ölkə başçısı bildirib. Bölmədə həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

Özbək dilində “Fuzuliy tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilmişdir ki, burada bir sıra nəşrlərin siyahısı daxil edilmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilli auditoriya üçün yaratdığı bu bölmədən gələcəkdə hər bir internet istifadəçilərinin, xüsusi ilə tədqiqatçıların faydalanması mümkündür.

Özbək dilində yaradılmış Füzuli rayonu haqqında bölmə ilə buradan tanış olmaq mümkündür.

08.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası