Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Xalq şairi Camal Kamala “Nizami Gəncəvinin 880 illiyi” xatırə nişanı təqdim edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan xalq şairi, Nizami Gəncəvinin “Xəmsə”sini Özbək dilinə tərcümə edən Camal Kamal Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi xatırə nişanı”ilə təltif edilib.

Bununla əlaqədar, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalq şairi, tərcüməçi Camal Kamalı evində ziyarət etmiş, onun dahi Nizami Gəncəvinin “Xəmsə”sini tarixdə ilk dəfə olaraq Özbək dilinə tərcüməsi, dünya şöhrətli Nizami Gəncəvinin irsinin təbliği işinə töhfəsinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Sərəncamı ilə tərcüməçi Camal Kamal "Nizami Gəncəvinin 880 illiyi xatırə nişanı"ilə təltif edildiyini bildirib.

Samir Abbasov ilin yekunları ilə bağlı Özbəkistanda keçirilmiş müsabiqənin qalib diplomunu Camal Kamala təqdim edib. Qeyd edək ki, Camal Kamalın tərcüməsini həyata keçirdiyi Nizami Gəncəvinin “Xəmsə” əsəri Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin hər ilin yekunları ilə bağlı keçirdiyi “İlin ən gözəl tərcümə əsəri” və “İlin ən yaxşı ədəbiyyat layihəsi” nominasiyaları üzrə xüsusi diplom və pul mükafatına layiq görülüb.

Qeyd edək ki, Özbək dilinə tərcümə olunmuş Nizami Gəncəvinin “Xəmsə”si həm Özbəkistanda, həm də Türk dünyasında böyük maraqla qarşılanmış, nəşrin dəfələrlə hər iki ölkədə geniş ictimaiyyətin, alimlərin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. Cari il 25 noyabr tarixində Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində isə Bakıda Fairmont otelində Azərbaycan və Özbəkistanın Nizamişünas alimləri, tərcüməçilərinin iştirakı ilə geniş təqdimat mərasimi keçirilib.

Özbəkistanın xalq şairi, tanınmış alim-tərcüman, 85 yaşlı Camal Kamal Azərbaycan dövlətinin bu qayğısı və diqqətini yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Şair Camal Kamal dahi Nizami Gəncəvi yaradıcılığının nəinki Türk dünyası, bütün dünya poeziyasının zirvəsi olduğunu qeyd etmiş, Nizami əsərlərini tərcüməsini həyata keçirdiyi üçün özünü xoşbəxt sandığını bildirib. O, Azərbaycan xalqının dünyanın böyük və istedadlı xalqı olduğunu, dünya mədəniyyətinə, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa şəxsiyyətlər kimi dühaların bəxş etdiyini qeyd edib. Camal Kamal Azərbaycanın tarixi qələbəsi münasibəti ilə təbrik edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 il Ermənistan işğalında qalan torpaqları, tarixi Şuşa şəhərinin azad etməsini ona, bütün Özbəkistan xalqına böyük sevinc bəxş etdiyini vurğulayıb.

28.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası