Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın innovativ layihəsi əsasında yaradılmış - Prezident məktəbinə Azərbaycana dair zəngin nəşr kolleksiyası hədiyyə edildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən Özbəkistanın aparıcı universitetləri, kitabxanaları və orta məktəblərinə Azərbaycana dair zəngin kitab kolleksiyaları hədiyyə olunur.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycanı tanıyaq” layihəsi əsasında Daşkənddəki Prezident Məktəbinə ölkəmizə dair zəngin kitab kolleksiyası bağışlanıb.

Qeyd edək ki, Özbəkistan Prezidentinin xüsusi Sərəncamı ilə yaradılmış Prezident məktəbinə təhsil almaq üçün ölkənin hər bir regionundan xüsusi istedadlı uşaqlar seçilərək götürülür. Dünyanın aparıcı ölkələrinin təhsil proqramları əsasında ana dilində, əsasən isə ingilis dilində aparılan dərs proqramlarını yerli mütəxəssislərlə yanaşı, çoxsaylı xarici müəllimlər də həyata keçirirlər.

Hədiyyə olunan kolleksiyada Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, siyasəti və iqtisadiyyatını, habelə Ermənistanın Azərbaycana təcavüzü və işğal siyasətinə dair kitablar, jurnallar və elektron nəşrlər, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları yer alıb. Sözügedən kitabların arasında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilən nəşrlər də öz əksini tapıb. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunmuş və bununla əlaqədar, dahi Nizami Gəncəvinin əsərləri sözügedən nəşr kolleksiyasına daxil edilib.

Məktəb direktoru Turapboy Shermatov dəyərli kolleksiyaya görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edərək, Azərbaycanın dost və qardaş bir ölkə olduğunu, rəhbərlik etdiyi məktəbin şagirdlərinin biliklərə, xüsusi ilə də qardaş ölkələrə dair daha çox məlumatlara yiyələnməli olduğunu qeyd edib. O, rəhbərlik etdiyi məktəblə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında gələcəkdə əməkdaşlığa dair Memorandumun imzalanmasının vacib olduğunu qeyd edib.

Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya bölümünün rəhbəri Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan mədəni və ədəbi əlaqələrini möhkəmləndirmək məqsədi ilə həyata keçirilən layihələrdən danışıb, Mərkəzin “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində çoxsaylı nəşrlərin Özbəkistanın təhsil müəssisələrinə hədiyyə etdiyini bildirib.

Prezidenti Məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan tərəfinin hədiyyə etdiyi kitablar əsasında hazırlanmış "Odlar yurdu - Azərbaycan” adlı kitab sərgisində iştirak etmiş və qardaş ölkə Azərbaycan haqqında biliklərini bölüşmüşlər.

Qeyd edək ki, Prezident məktəbində ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Xalq Təhsil Nazirinin müavini Sarvar Babaxodjaev və Məktəbin rəhbərliyi ilə keçirilən görüşdə birgə əməkdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq Azərbaycana dair yeni nəşrlərin Daşkənddəki Prezident məktəbinə hədiyyə olunması barədə razılıq əldə olunmuşdur.

15.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası