Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb


Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

Nazir Anar Kərimovun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşündə iki ölkə arasında sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Macarıstan ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu və münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Nazir həmçinin, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirir.

Nazir Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək, mövcud əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın olduğunu qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında xristian abidələrinin bərpasında maraqlı olduqlarını və bu istiqamətdə Liviyada, İraqda və digər ölkələrdə müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təşəbbüsünü alqışladı və hər cür dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Nazir eyni zamanda, Macarıstanın Vesprem şəhərinin 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilməsi, habelə qarşılıqlı birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıb. Söhbət zamanı işğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.

Görüş zamanı həmçinin humanitar sahədə əməkdaşlıq çərçivəsində Macarıstanda Azərbaycan dilinin tədris olunması və bununla əlaqədar Azərbaycan tərəfindən müvafiq dəstəyin göstəriləcəyi vurğulanıb, hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə edilib.

17.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası