Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Qənirə Paşayeva Özbəkistanın tanınmış yazarları və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Özbəkistanın tanınmış aydınları - şair, “Kitab dünyası” qəzetinin Baş redaktoru Xasiyyət Rüstəm, araşdırmaçı-yazar Şöhrət Barlas (Salamov) və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşüb.

Mədəniyyət Komitəsində baş tutan görüşdə özbək aydınlarının Azərbaycanın haqq işinə verdiyi davamlı dəstək minnətdarlıqla qeyd olunub.

Komitə sədri özbək aydınlarının yalnız öz dəstəkləri ilə kifayətlənməyib, dünyanın dörd tərəfindəki nüfuzlu yazarların da Azərbaycanla həmrəylik bəyanatlarını təşkil etdiyini xüsusi vurğulayıb: "Siz 44 günlük Azərbaycan Vətən Mühribəsində, eləcə də, müharibəsonrası günlərdə Azərbaycana ciddi mənəvi dəstək göstərdiniz. Məşhur ifadə ilə desək, heç nə unudulmur, heç nə yaddan çıxmır. Sizə çox minnətdarıq! Sizin Qarabağ, ümumən Azərbaycan ünvanlı kitablarınız, müxtəlif platformalardakı çıxışlarınız bizimçün yüksək dəyər kəsb edir; heç şübhəsiz, gələcək nəsillər də Sizin əsərlərə bir qiymətli məxəz kimi yanaşacaqlar.

Sizi Azərbaycanda salamlamaqdan çox şadam. Xahiş edirəm, bizim salamlarımızı ailənizə, kollektivinizə, gözəl ölkənizə çatdırasız".

Komitə sədri qonaqlara Qarabağ motivli xatirə hədiyyələri və yenicə çapdan çıxmış "Addım-addım Özbəkistan" kitabını təqdim edib. Q.Paşayeva bu kitabı qardaş ölkənin dövlət müstəqilliyinin 30-cu ildönümünə bir könül töhfəsi adlandırıb.

Qonaqlar Q.Paşayevaya xoş sözlərə, təbriklərə və hədiyyələrə görə təşəkkür edib.

Qonaqlar özbək tətbiqi sənət ustaları və rəssamlarının xüsusi hazırladığı əl işlərini, o cümlədən Şuşa qalasını simvolizə edən əsəri, Nizami Gəncəvinin orjinaldan özbəkcəyə çevrilərək, nəfis tərtibatla nəşr edilmiş "Xəmsə"sini Komitə sədrinə bağışlayıb.

Görüşdə Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.

13.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası