Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan mədəniyyətinə itki üz vermişdir.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar Artisti Kaykep Aliyeva dünyasını dəyişmişdir.

Kaykep Aliyeva ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr etmişdir.

Əslən Qarabağlı olan Kaykep Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ etmiş, Azərbaycan diasporasında fəal çalışır, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrətmişdir. Onun rəhbərlik etdiyi rəqs ansamblı Mədəniyyət Mərkəzimizin nüfuzunu yüksəltməklə yanaşı, Özbəkistanda keçirilən dövlət tədbirlərində, beynəlxalq festivallarda, el şənliklərində milli rəqslərimizi ifa və təbliğ edir. Kaykep Aliyeva bununla qardaş ölkədə yaşayan 40 mindən artıq azərbaycanlını öz mədəniyyətlərini, adət-ənənələrini unutmamağa dəstək olmuş, habelə milli rəqslərimizi digərləri tərəfindən mənimsənilməsinə, öz adlarına çıxmasına imkan verməmişdir.

Baxmayaraq ki, bu il Kaykep Aliyevanın 86 yaşı tamam olmuş o, sona qədər yorulmadan, məzuniyyətsiz çalışaraq Azərbaycan milli rəqslərini gənc nəslə öyrətməklə bu işə öz töhfəsini vermişdir.

Hazırda Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəklərində azərbaycanlılarla yanaşı, özbək, rus, koreyalı 86 şagird və yeniyetmə milli rəqslərimizi öyrənirlər. Özbəkistanda yüksək səviyyəli elə bir tədbir olmasın ki, orada Kekeb Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablı çıxış etməsin.

Mədəniyyət Mərkəzimiz tərəfindən Özbəkistanın Səmərqənd, Fərqanə, Margilan, Xivə, Urgənc, Sırdırya, Gülüstan şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti, musiqisinə həsr olunmuş tədbirlərdə Kaykep Aliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablının çıxışları yerli əhali tərəfindən rəğbət və alqışlarla qarşılanmışdır.

Əməkdar Artist Kaykep Aliyevanın ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, Özbəkistanın uşaq evləri ilə işləyən "Mehrijon" Xeyriyyə Fondunun həmsədri olmaqla tez-tez uşaq evlərində, internat məktəblərində xeyriyyə tədbirləri təşkil edir, azərbaycanlı yetim uşaqlara himayəçilik edir, tanınmış iş adamları ilə əlaqə quraraq onları xeyriyyə tədbirlərinə və uşaq evlərinə dəstək göstərməyə cəlb etmişdir.

Kaykep Aliyeva Özbəkistanda Azərbaycan diaspora təşkilatının idarə heyətinin üzvüdür, onun diaspora təşkilatının formalaşmasında xidmətləri böyükdür. Onun haqqında məlumat "Dünya azərbaycanlıları" kitabına da daxil edilmişdir.

Kaykep Aliyevanın xidmətlərini nəzərə alaraq, o, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycanın Əməkdar Artisti” adına layiq görülmüşdür.

2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında "Azərbaycan qızları" rəqs ansamblının solisti, Azərbaycanın Əməkdar Artisti Kaykep Aliyeva Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Qeyd etmək lazımdır ki, onun fəaliyyətini Özbəkistan dövləti də yüksək qiymətləndirmiş, dəfələrlə fəxri fərmanlar və ordenlərə layiq görülmüşdür. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılmışdır.

Cari il 30 sentyabr tarixində Kaykep Aliyeva dünyasını dəyişmiş, əbədiyyətə qovuşmuşdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi və şəxsən öz adımdan mərhumun ailəsi və yaxınlarına başsağlığı verir, Allahdan səbr diləyirəm.
Allah rəhmət etsin.

Samir Abbasov
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru


30.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası