Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən “Mədəni ənənələr və xalqların milli mətbəxi” Beynəlxalq festivalda Azərbaycan təmsil olunub.


Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, festivalda Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Misir, Belarus, Almaniya, Gürcüstan, Hindistan, İtaliya, İndoneziya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, BƏƏ, Fələstin, Rumıniya, Çexiya, Avropa Birliyi və başqa ölkələrin nümayəndələri iştirak edib, ölkələrinin mədəniyyəti, milli mətbəxini təqdim ediblər.

Azərbaycanı beynəlxalq festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış stenddə iştirakçılar Azərbaycan milli mətbəxinin şah yeməkləri və şirniyyatlarına qonaq ediliblər. Müxtəlif plovlar, şah plovu, dolmalar, xüsusi ilə yarpaq və tərəvəz dolmaları, çığırtma, kükü, müxtəlif növ qutablar, dovğa, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq edilib. Guşəmizdə ayrıca olaraq qonaqlara Azərbaycan çayı təqdim olunub. Qeyd edək ki, milli yeməklərimizi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Daşkənddəki “Yemeli” restoranının mütəxəssisləri hazırlayıblar.

Festival çərçivəsində dövlətlərin bayraqları, müxtəlif tətbiqi sənət əşyaları, milli suvenirlər, mətbəx mövzusunda nəşrlərə dair sərgi də təqdim olunub.

Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Qayrat Fazılov bildirmişdir ki, ənənəvi keçirilən beynəlxalq festival ölkənin mədəni həyatını dolğun şəkildə zənginləşdirir, paytaxt sakinlərinə və qonaqlarına festivalın iştirakçısı olan ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa imkan verir, mədəniyyət və turizmin inkişafına töhfə verir.

Qeyd edək ki, milli yeməklərin satışından əldə olunan vəsait tibbi-sosial yardım kimi Özbəkistanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcəkdir.

Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda milli adət-ənənələrə, yeməklərin keyfiyyətinə, milli rəqsə, musiqiyə və ən yaxşı geyimə görə fəal iştirak edən qurumlara diplomlar verilib.

Keyfiyyət, professionalizm, milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi diploma layiq görülüb.

26.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası