Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan-Özbəkistan arasında nəşriyyat sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkənin aparıcı nəşriyyatlarının rəhbərləri ilə görüş keçirib, əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Özbəkistanın aparıcı Özbəkistan Respublikasının iki tanınmış̧ “Akademnashr” və “Yangi nashr ovladi” nəşriyyatları ilə Azərbaycan Mədəniyyət Mərkəzinin, habelə Azərbaycan nəşriyyatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Bundan başqa, tərəflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə cari ilin 5-9 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgi Yarmarkasında Özbək nəşriyyatlarının iştirakına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Bakıdakı Beynəlxalq Kitab Sərgi Yarmarkasında xüsusi stendlə təmsil olunacaq.

Samir Abbasov görüşdə bildirib ki, sözügedən sərgi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi “Klassik Azərbaycan ədəbiyyatının tədqiqi, tərcüməsi və nəşri” layihəsi çərçivəsində Özbək dilində son illərdə nəşr edilmiş kitablarını təqdim edəcək və bir sıra yeni nəşrlərin təqdimat mərasiminin keçirilməsini planlaşdırır.

Özbəkistan Respublikasından iki tanınmış nəşriyyat “Akademnashr” və “Yangi nashr ovladi” sözügedən tədbirdə iştirak edəcək və xüsusi stend təşkil ediləcək.

28.09.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası