Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Nəvai vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin rəsmi açılışı keçirilib.


Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ölkənin Nəvai səhərinin "Farhod" mədəniyyət sarayında möhtəşəm açılış mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

Tədbirdə Nəvai vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər və s. iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Nəvai vilayət rəhbərinin müavini Sədullo Mirzoyev tədbir iştirakçılarını salamlayaraq Özbəkistan-Azərbaycan arasında günü-gündən yüksələn münasibətlər, ölkə başçıları arasında keçirilən faydalı görüşlər haqqında danışaraq, ilk dəfə olaraq vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin böyük mədəni hadisə olduğunu vurğulayıb. O, vilayətdə Azərbaycana, onun mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına böyük maraq olduğunu vurğulayaraq, bu cür mötəbər tədbirin təşkilinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında Türk xalqları olan Azərbaycan və Özbək xalqlarının daim münasibətlərinin yüksək səviyyədə olduğunu, qədim şəhərlərimiz arasında tarixi İpək yolu boyu həm iqtisadi, həm də mədəni sahədə geniş əməkdaşlığın olduğunu vurğulayıb. O, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şuşa ili elan olunduğunu, bu münasibətlə həyata keçirilən layihələr barədə danışaraq, Azərbaycanın 30 ilə yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, yurd yerlərimizin, tarixi abidələrimizin tamamilə dağıdılması faktından danışıb.

2020-ci ildə Ali Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi, tarixi ədalətin bərpa olunmasını vurğulayan diplomat, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində buğun Azərbaycan-Özbəkistan arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri, millət vəkili Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini, dərin tarixi və ortaq köklərə, xalqlarımız arasında dil, din, mədəniyyətlərimizin yaxınlığını xüsusi vurğulayıb.

Qənirə Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əlaqələrimiz haqqında danışaraq, Nizami Gəncəvi və Əlişir Nəvai, Hüseyn Cavid və Abdurrauf Fitrat, Qafur Qulam və Səməd Vurğun arasında dostluq əlaqələri haqqında fikirlərini bölüşüb və bu münasibətlərin boğun də uğurla davam etdiyini söyləyib.

Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışan millət vəkili Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri tədbirləri çərçivəsində milli məsdəniyyətimiz və xalqlarımız arasında dostluq və həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin reallaşdığını qeyd edib. Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa ediblər.

Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib.

Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. Milli libaslar «Qarabağ şikəstə»sinin sədaları altında Nəvai Dövlət Universitetinin tələbə qızları tərəfindən təqdim olunub.

Geyimlərin arasında «Xarı Bülbül» kompozisiyası tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.

24.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası