Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Azərbaycanın Qarabağda qələbəsi Türk dünyasının tarixində şanlı səhifədir” adlı konfrans keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Ağsaqqalları Birliyi - TAİB-in birgə təşkilatçılığı ilə Zəfər bayramı münasibəti ilə “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” adlı konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Məclisinin deputatları Ramil Həsən, Müşfiq Cəfərov, Türk Ağsaqqalları Birliyinin sədri, akademik Sudeyif İmamverdiyevin rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.

İştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə və Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksinə əklil və gül dəstələri qoyublar.

Konfransda əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov konfrans iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi haqqında məlumat verib. O deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində 7 rayonumuz, başqa sözlə torpaqlarımızıın 20 faizi, 17 min kvadrat kilometr ərazimiz işğal olunub. Ermənilər Tərtər, Bərdə, Gəncə, Mingəçevir, Yevlax, Beyləqan, Qəbələ şəhərlərini, kənd və qəsəbələrimizi ölümcül silahlarla, raketlərlə atəşə tutması dinc vətəndaşlarınızın ölümü və yaralanması ilə nəticələnib.

Direktor bildirib ki, xalqımız və rəşadətli əsgər və zabitlərimiz 44 gün ərzində şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olunub. Müharibə nəticəsində üç mindən artıq əsgər və zabitimiz şəhid oldu, ancaq onların qanı yerə qalmadı. Bu möhtəşəm qələbə xalqımızın birliyinin təntənəsi oldu, ölkəmizin hərbi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi. İndi işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinə start verilib.

Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev, TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç çıxış edərək Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qələbəni Türk dünyasının zəfər tarixində parlaq səhifə kimi qiymətləndiriblər. Azərbaycanın tarixi ədaləti bərpa edərək bütün Türk dünyasına fəxarət bəxş etdiyini deyən natiqlər, bu gün Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və Türk birliyinin möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atılması kimi xüsusi əhəmiyyət daşıyan məsələlərdən də ətraflı şəkildə bəhs ediblər.

Ramil Həsən öz çıxışında deyib ki, Azərbaycanın qəhrəman oğulları noyabrın 8-dən 9-na keçən gecə keçilməz sıldırım qayalara dırmaşaraq ermənilərin gözləmədiyi yerdən qanları bahasına qədim Şuşa şəhərinə giriblər. Şuşa azad olunarkən igid əsgər və zabitlərimiz şəhid olub, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. O deyib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsini imzalaması, əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutan sənədin ortaya çıxması ilə nəticələndi. Bundan sonra elə bilirəm ki, Azərbaycanla Özbəkistan və Türkiyə ilə Özbəkistan arasında strateji münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün mühüm addımlar atılacaq.

Bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev qardaş Özbəkistana rəsmi səfərə gəldi və Özbəkistanın dövlət başçısı ilə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində mühüm sənədlər imzalandı. Bu ayın 11-də isə türk dünyasının liderləri qədim Səmərqənd şəhərinə toplaşacaq. Elə bilirəm ki, bu görüşdə də Türk dünyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm sənədlər imzalanacaq. Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı əbədi olsun.

Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın bu zəfəri ancaq bizim deyil, bütün Türk dünyasının zəfəridir. Bu bayram nəinki Azərbaycanda, bütün dürk dünyasında, o cümlədən soydaşlarımızın yaşadığı bütün dövlətlərdə qeyd edilir. Zəfərin qazanılmasında Türkiyənin mənəvi, siyasi, informasiya dəstəyini xüsusi vurğulamaq istəyirəm. O qeyd edib ki, mən deputat kimi Gəncəni təmsil edirəm. Vətən müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə raket atəşinə tutuldu, ballistik raketlərdən şəhərin müxtəlif məhəllələri həm gecə, həm də gündüz saatlarında atəşə məruz qaldı, qadınlar, qocalar, uşaqlar həlak oldu.

Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi türk dünyasında, o cümlədən bütün dünya dövlətləri tərəfindən diqqətlə izlənib. Belə ki, Azərbaycan müasir dünyanın müharibəsini aparıb. O, Türk dünyası arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində Türk Akademiyasının gördüyü işlərdən də danışıb.

Özbəkistandan akademik Xaydarbak Bababekov, dosent Adxambek Alimbekov və başqaları Azərbaycan ordusunun qələbəsi, Azərbaycan-Özbəkistan əlaqələri, türk dünyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında məlumat veriblər.

Sonda Azərbaycanla Özbəkistan arasında əlaqələrin və Türk dünyasının inkişafına verilən töhfələrə görə Özbəkistan ictimaiyyətinin bir neçə fəal təmsilçisinə və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova Türk Ağsaqqalları Birliyi - TAİB-in xüsusi plaketi təqdim olunub.

Sonda Missiya.TV-nin hazırladığı, “Zəfərə gedən yol” adlı film nümayiş olunub.

Konfrans iştirakçıları təsirli görüntülərin əks olunduğu filmi alqışlarla qarşılayıblar.

08.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası