Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə keçirilən xeyriyyə tədbirində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib


Daşkəndin Toxuculuq və Yüngül Sənaye Universiteti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın “Tanho Grand Restaurant” restoranında xeyriyyə tədbiri keçirib.

Xeyriyyə tədbirində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, əlil tələbələr iştirak ediblər.

Universitetin kafedra müdiri, professor Feruza İkramxanova Özbəkistan dövlətinin əlillərə qayğısından danışıb, müntəzəm olaraq bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, çalışdığı universitetdə təhsil alan əlil tələbələrin diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov tədbir iştirakçılarını salamlayaraq Mədəniyyət Mərkəzinin Özbəkistanın şəhər və rayonlarındakı uşaq evləri üçün keçirdiyi xeyriyyə konsertləri və tədbirlər haqqında məlumat verib. O, Azərbaycanda gənclərin bu yolda ən böyük müdafiəçisi və dəstəkçisinin Azərbaycan Prezidenti İlham Əliyev olduğunu qeyd edib və dövlətimizin başçısının sözlərindən sitat gətirib «Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram». Çıxışın sonunda Y.Məmmədov qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

Özbəkistanın musiqi kollektivləri özbək və Azərbaycan dilində mahnılar, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl milli rəqslərimizi ifa ediblər.

08.03.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası