Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Qarabağ” Muğam qrupunun konserti olub


Daşkənddəki “Türküstan” Sənət Sarayında Beynəlxalq Muğam Mərkəzinin “Qarabağ” Muğam qrupunun konserti olub.

“Dostluq körpüsü” adlı konsert proqramı Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konsertdən əvvəl “Qarabağ” Muğam qrupunun rəhbəri, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov iştirakçıları salamlayıb, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. O, 30 ilə yaxın işğal altında olan Qarabağın azad olunduğunu, ölkəmizdə orada quruculuq işlərinin aparıldığını vurğulayıb.

BMM direktorunun müavini Riyad Quliyev ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini bildirib, belə səfərlərin həm Daşkənddə, həm də Bakıda tez-tez təşkil olunmasının vacibliyinə toxunub.

Özbəkistan Milli Muğam Mərkəzinin baş direktoru, professor Saibjon Beqmatov Özbəkistanda Azərbaycan musiqisinin, əsasən də muğamların çox sevildiyini bildirib, toylarda, şənliklərdə Azərbaycan musiqisinin səsləndiyini diqqətə çatdırıb. O deyib ki, Özbəkistanda klassik Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmmməd Füzulinin, İmadəddin Nəsiminin qəzəllərini çox sevirlər. Muğam ustalarımız Məhəmməd Füzulinin qəzəlləri üstə çoxlu muğamlar ifa edirlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mədəni-humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb.

Özbəkistandakı Yunus Rəcəbi adına “Muğam” ansamblının bədii rəhbəri, Xalq artisti Abdulxoşim İsmayılov və Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun prorektoru Azimjon Zakirov və başqaları öz çıxışlarında xalqlarımızın ədəbiyyatı, mədəniyyəti, musiqisinin oxşar xüsusiyyətlərindən danışıblar.

Konsertdə Xalq artisti Mənsum İbrahimov Azərbaycan muğamlarını, xalq mahnılarını və təsniflərini ifa edib. Sonra Özbəkistanın tanınmış müğənnisi Yulduz Turdiyeva səhnəyə dəvət olunub. Onlar birlikdə bir neçə mahnı, o cümlədən “Qarabağ şikəstəsi”ni ifa ediblər. Mənsum İbrahimov və Yulduz Turdiyevanı Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artist, kamança ustası Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov müşayiət ediblər.
Sonra ifaçılara özbək milli geyimi-çapan bağışlanıb.

02.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası