Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Özbəkistan Respublikasının Baş nazirinin müavini ilə görüşüb.


Mədəniyyət naziri Anar Kərimov mayın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Nazir Anar Kərimov 2022-ci ildə hər iki ölkənin musiqi kollektivlərinin qarşılıqlı olaraq Azərbaycan və Özbəkistanda təşkil olunan festivallarda iştirakını xüsusi olaraq vurğulayıb. 12-14 may tarixlərində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblının çıxışlarını yüksək qiymətləndirən Anar Kərimov yaradıcı kollektivin bu sənət bayramında fəal iştirakına görə təşəkkürünü bildirib.

Səmimi qəbula və xoş sözlərə görə nazirə minnətdarlıq edən Aziz Abduxakimov bildirib ki, iki ölkə arasında həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əlaqələrin mövcudluğu birgə əməkdaşlığın daha da genişləndirilməsinə imkan verir. Aziz Abduxakimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdə Özbəkistanın birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günləri və təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də mədəni irsə dair bir sıra layihələrin təşkili məsələləri müzakirəsi ilə davam edib.

23.05.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası