Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkədəki Kinematoqrafiyanın İnkişaf Mərkəzinin direktoru Cavlon Kamalov arasında görüş keçirilmişdir.

Görüşdə Özbəkkino Mill Agentliyi, Kinematoqrafiyanın İnkişaf Mərkəzi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq, layihələrin reallaşdırılması, Özbəkistanın televiziya kanalları, telelayihələrdə Azərbaycan incəsənət xadimlərinin çıxışları, habelə bu il Daşkənddə keçiriləcək beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin keçirilməsi müzakirə edilmişdir.

Tərəflər cari ilin 14-18 sentyabr tarixlərində Özbəkistanda keçiriləcək “İpək yolunun incisi” adlı Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günü” tədbirinin keçirilməsi ilə bağlı fikir və təkliflərini bölüşmüşlər.

Qeyd edək ki, Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin rəsmi açılış mərasimi Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşdırılacaq və eyni zamanda Buxara şəhərində də Azərbaycan filmlərinin nümayişi təşkil ediləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə müvafiq iş aparıldığını qeyd edərək, Özbəkistandakı keçiriləcək beynəlxalq kino festivalında yeni Azərbaycan filmlərinin nümayiş etdiriləcəyini, tanınmış kino xadimlərinin, kinematoqrafçıların, incəsənət xadimlərinin iştirak edəcəyini bildirib.

Bundan başqa Özbəkistanın regionlarında “Kino günləri”nin keçirilməsini nəzərə alaraq, 17 sentyabr tarixində Buxara şəhərində də Azərbaycan filmlərinin təqdimatı keçiriləcəkdir.

Tərəflər birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

19.08.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası