Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

“Wikipediya”da Xurşidbanu Natəvan haqqında
özbək dilində bölmə istifadəyə verilib.


Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Xurshidbonu Notavon” adlı bölmə istifadəyə verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə şairənin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.

Burada qeyd olunur ki, Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuş və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir.

Bölmədə Xurşidbanu Natəvan parlaq istedada, qabaqcıl ideallara malik, habelə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş bir şəxsiyyət kimi təqdim edilmişdir.

Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairınin həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. məlumatlar verilmişdir. Misal üçün, səhifənin “Meros” (İrsi) adlı bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılması əks olunub. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulmuşdur.

Səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.

Səhifədə Şuşada dövrün ədəbi mühiti və şairə Xurşidbanu Natəvanın burada yaratdığı “Məclisi-üns” (dostluq, ülfət məclisi) haqqında geniş materiallar öz əksini tapmışdır. Burada məlumat verilir ki, XIX əsrdə bölgələrdə poetik məclislərin yaranması geniş vüsət almışdır. Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Qubada, Gəncədə poetik məclislər yaranmış və məclislərdə dövrünün tanınmış şairləri, ziyalıları bir araya gəlirdilər. Şuşada isə iki belə bir məclis yaranmışdı ki, onlarda biri yuxarıda qeyd olunmuş “Məclisi-üns” digəri isə Mir Möhsün Nəvvabın yaratmış olduğu “Məclisi-fəramuşan” və hər iki poetik məclis də eyni dövrdə Şuşada fəaliyyətlərini davam etdirirdilər.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə “Məclisi-fəramuşan” poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.

Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapmışdır. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirlər özbək dilinə tərcümə olunaraq nəşr edilmişdir.

“Wikipediya” Elektron Ensiklopediyasında Xurşidbanu Natəvan haqqında özbək dilində məlumatlarla bu link vasitə ilə tanış olmaq mümkündür.

16.01.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası