Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində
Novruz bayramı şənliyi keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan “Bahar nəfəsli Novruz” adlı sərgidə Novruz bayramı, Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən fotolar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər.

İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. Ölkələrimiz arasında genişlənən diplomatik əlaqələrin iki qardaş xalq arasında əlaqələrə də müsbət təsir etdiyini qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, hər iki qardaş xalqın ortaq dəyəri olan Novruz münasibətilə təbrik edərək bu milli bayramın ortaq qeyd edilməsinin bizim nə qədər yaxın tarixi mədəni köklərə sahib olmağımızın bir daha əyani sübutu olduğunu vurğulayıb.

Çıxışlardan sonra Azərbaycanda Novruz bayramının qeyd olunmasını əks etdirən film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər. Daha sonra azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova tərəfindən Azərbaycan və Özbək mahnıları ifa olunub.

18.03.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası